Bu il fənn olimpiadalarında 38 medal qazanılıb


28.12/2017

Bu il respublika fənn olimpiadalarında iştirak edən səkkizinci və doqquzuncu sinif şagirdləri 48 qızıl, 85 gümüş və 130 bürünc olmaqla, 263 medal qazanıblar.

 

Aztəhsil.com xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, olimpiadaların rayon (şəhər) mərhələsində 30 mindən artıq şagird, respublika mərhələsinin yarımfinal və final turlarında müvafiq olaraq təqribən 6.500 şagird iştirak edib.

 

Bu il Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında iki qızıl, altı gümüş, 30 bürünc medal olmaqla, ümumilikdə 38 medal qazanıblar.