Haqqımızda


Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf ve innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində Şəki şəhərindən “Müəllim Sizsiniz” layhəsi qalib olmuşdur. Layihə 21 saylı məktəbin coğrafiya müəllimi Kərimov Seymur və Çələbixan məktəbinin kimya müəllimi Rəşid Əliyev tərəfindən hazırlanmışdır.“Müəllim Sizsiniz” layihəsi icra planı üzrə işləri davam etdirir Layihənin məqsədi 9-10 sinif şagirdləri arasında bu sənətə marağı olan şagirdlərin seçilməsi onlara bu sahənin prespektivləri bu sahədə qarşıya çıxa biləcək problemlərin həlli haqqında seminarların verilməsi seçilmiş 60 nəfər şagird arasında “Müəllim Sizsiniz” yarışmasının keçirilməsi və fərqlənən şagirdlərə hədiyyələrin verilməsi planlaşdırılır. Layihə çərçivəsində görüləcək işlər aşağıdakı kimidir.

  1. Layihəni həyata keçirmək üçün lazım olan (buklet broşur banner və s. ) materialların çap olunması.
  2. Şəki şəhərində yerləşən bir neçə məktəb rəhbərləri və 9-10 sinif şagirdləri ilə görüşüb layihənin məqsədini və fəaliyyət planını anlatmaq.
  3. Məktəblərdən şagirdlərin layihədə iştirakını təmin etmək və məktəblər üzrə siyahıların hazırlanması.
  4. 20 nəfərlik qruplarda şagirdlərə aşağıdakı mövzularda seminarların verilməsi. Seminarlar 1 saat (45 dəqiqə) olaraq planlaşdırılacaq.
    1. Müəllimlik peşəsinin gözəllikləri və çətinlikləri.
    2. Universitetlərdə olan pedaqoji ixtisaslar və keçid balları.
    3. Azərbaycanda müəllimlik peşəsini layiqli təmsil edən pedaqoqlar.
    4. Müəllim sizsiniz layihəsində olan yarışmanın icra planı və proqram təminatı.
    5. Smart proqramında dərs hazırlamaq bacarıqlarının öyrədilməsi.
  5. Yarışma uçün hər bir şagirdin hazırlayacağı layihə dərsin hazırlanmasına texniki dəstəyin və proqram təminatının aparılması.
  6. Yarışmanın 1-ci mərhələsində 60 şagirdin hazırladığı dərs layihələri 3 nəfərlik münsiflər heyyətinə təqdim olunur və 20 ən yaxşı layihə qiymətləndirmə meyarları ilə təyin olunur.Münsiflər heyyətində ən azı 1 nəfər ixtisas müəllimi olacaq.
  7. Yarışmanın 2-ci mərhələsində 1-ci mərhələdə ən yaxşı seçilmiş 20 şagirdin hazırlayacağı yeni dərs layihələri əvvəlki qaydada qimətləndiriləcək.Ən yaxşı 10 layihə seçiləcək və həmin şagirdlər mükafatlandırılacaq.Layihədə iştirak edən bütün şagirdlərə fəxri fərman veriləcək.Layihənin yekunu ilə əlaqədar şagirdlər, təmsil etdikləri məktəb rəhbərləri ,fənn müəllimləri və valideyinləri ilə birlikdə tədbir təşkil olunacaq.
  8. Layihənin sonunda 35-45 səhifəlik kitab hazırlanacaq.Kitabda layihə haqqında məlumat və icra planı əks olunacaq.Həmçinin layihədə iştirak edən hər bir şagird haqqında və onun layihəsi haqqında məlumat əksini tapacaq.
  9. Layihə haqqında məlumatlar hazırlanmış saytda 3 ay ərzində davamlı olaraq yerləşdiriləcək.Şagirdlər,müəllimlər və layihə ilə maraqlanan hər kəs saytdan ətraflı məlumat ala biləcəklər.Əgər layihənin gələcəkdə davam etdirilməsi Təhsil Nazirliyi tərəfindən uyğun görülərsə Respublikamızda fənlər üzrə ən zəngin elektron dərs portalı yarana bilər.