Layihənin məqsədi


Müasir dövr üçün pedaqoji kadr hazırlanmasında yardımçı olmaq

Öz işini sevən və məsuliyyətli olan kadrların axtarışı

Müəllimlik sənətinin gözəllikləri və çətinlikləri ilə şagirdləri tanış etmək

Azərbaycanda bu sahədə uğur qazanan pedaqoji işçilərin tanıdılması

Elektron lövhələrlə işləmək bacarıqlarının artırılması

SMART proqramlarında elektron dərsin hazırlanmasının öyrədilməsi

Layihə iştirakçıları arasında “Müəllim Sizsiniz” yarışının keçirilməsi

Yarışmada yer tutan şagirdlərin mükafatlandırılması

Layihənin şərtləri

  • Yarışmanın 1-ci mərhələsində 60 şagirdin hazırladığı dərs layihələri 3 nəfərlik münsiflər heyyətinə təqdim olunur və 20 ən yaxşı layihə qiymətləndirmə meyarları ilə təyin olunur.
  • Yarışmanın 2-ci mərhələsində 1-ci mərhələdə ən yaxşı seçilmiş 20 şagirdin hazırlayacağı yeni dərs layihələri əvvəlki qaydada qimətləndiriləcək.
  • Ən yaxşı 10 layihə seçiləcək və həmin şagirdlər mükafatlandırılacaq.
  • Layihədə iştirak edən bütün şagirdlərə fəxri fərman veriləcək.

Qeyd

  • Layihə haqqında kitab hazırlanacaq. Layihə iştirak edən bütün şagirdlər və onların layihələri haqqında məlumatlar kitabda əksini tapacaq.
  • Layihənin sonunda iştirak edən məktəblər və qonaqlarla birlikdə tədbir keçiriləcək.

Seminar mövzuları

  • Müəllimlik peşəsinin gözəllikləri və çətinlikləri.
  • Universitetlərdə olan pedaqoji ixtisaslar və keçid balları.
  • Azərbaycanda müəllimlik peşəsini layiqli təmsil edən pedaqoqlar.
  • Müəllim sizsiniz layihəsində olan yarışmanın icra planı və proqram təminatı.
  • Smart proqramında dərs hazırlamaq bacarıqlarının öyrədilməsi.

XƏBƏRLƏR

Şəki şəhərində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib

Ekspertlərin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların çox saylı sualları cavablandırılıb.

Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki

Əziz müəllimlər, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Ekologiya şagirdlərin gözü ilə layihəsi - Şəki şəhər 21 nömrəli tam orta məktəbdə.

Şagirdlər "Məktəb və məktəbli ekologiyası" mövzusunu araşdırırlar

Layihəyə qoşulmaq istəyirsiniz?